Xəbər lenti
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalandı
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 30 sentyabr 2026-cı il tarixində beynəlxalq sərgidə keçirilən görüşlər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov ilə görüşüb.
Rəsmi qonağı salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın dostluq, qardaşlıq, müttəfiqlik, tarixi və mədəni köklərə əsaslandığını bir daha vurğulayaraq, münasibətlərimizin müsbət inkişafında qarşılıqlı səfərlərin və səmimi görüşlərin əhəmiyyətini ifadə edib.
Qardaş ölkəyə səfərdən məmnunluğunu bildirən general-leytenant Ş.Xalmuxamedov beynəlxalq tədbirlərdə və birgə təlimlərdə hərbi qulluqçularımızın iştirakını, qarşılıqlı təcrübə mübadiləsini, dostluq əlaqələri qurmasını əməkdaşlığımızın genişlənməsində müsbət fakt olaraq qeyd edib, "Birliyin Gücü - 2026" birgə hərbi təliminin yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə general-polkovnik Z.Həsənova dərin minnətdarlığını bildirib.
Tərəflər ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əlaqələrimizin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər barədə ətraflı söhbət ediblər.
Sonda "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası Müdafiə nazirlikləri arasında 2027-ci ilə dair İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb.
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalanıb.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Media
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























