Xəbər lenti
Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır
Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir.Manevr.az xəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib.
Professor bildirib ki, ötən gün bir qrup erməni deputat Kərki kəndinə səfər edərək orada yaşayan əhaliyə mənfi yöndə istiqamət verməyə çalışıb:
“Onlar erməni əhali arasında təbliğat aparıblar ki, hakimiyyət bu kəndi Azərbaycana təhvil verəcək, amma narahat olmasınlar, buna imkan verməyəcəklər. Əlbəttə, revanşistlər bu prosesin reallaşmasına mane ola bilməyəcəklər. Çünki Kərki Azərbaycan kəndidir və razılaşmalara görə mütləq geri qaytarılacaq. Ermənistan hökumətinin başçısı Nikol Paşinyan və onun komanda üzvləri dəfələrlə bəyan ediblər ki, Kərki kəndi mütləq Azərbaycana təhvil veriləcək”.
Müsahibimiz vurğulayıb ki, bu ərazilər Ermənistanın beynəlxalq hüquqla tanınmış sərhədləri çərçivəsinə daxil deyil, Paşinyan özü birmənalı təsdiq edir ki, Kərki Azərbaycanın kəndidir:
“Elə Ermənistan daxilində də müzakirələr bundan sonra başlayıb. Delimitasiya və demarkasiya prosesi çərçivəsində sərhədlərin müəyyənləşməsi şimaldan cənuba doğru aparılır. Proses Kərki kəndi istiqamətinə çatanda bu məsələnin Azərbaycanın xeyrinə həll olunacağı şübhəsizdir. Qazaxın digər 3 anklav kəndinin qaytarılması da müzakirə mövzusudur və onların da qaytarılması reallaşacaq”.
Alimin sözlərinə görə, Kərki kəndinin Gədəbəydəki Başkəndlə mübadilə edilməsi təklifi erməni hiyləsidir:
“Kərki ilə Başkəndin strateji önəmi eyni deyil. Ermənistandan Zəngəzura gedən magistral yol Kərkidən keçir. Əgər Kərki kəndi Azərbaycana verilərsə, Ermənistan başqa yol çəkmək məcburiyyətindədir. Ancaq dağlıq relyefdə belə alternativ yolun çəkilməsi olduqca çətindir, hətta qeyri-mümkündür. O səbəbdən, həmin strateji yolun keçdiyi Kərki kəndi mütləq Azərbaycana qaytarılmalıdır”.
“Ermənilərin təxribatçı addımları, təşəbbüsləri olacaq. Çalışacaqlar ki, bu prosesi mümkün qədər yubatsınlar. Hətta lokal xarakterli gərginlik də yarada bilərlər. Amma faydasızdır və gec-tez anklav kəndlər Azərbaycana qaytarılacaq”, - deyə Qafar Çaxmaqlı əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Media
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























