Sizin Reklam Burada
Xəbər lenti
23-09-2026
22-09-2026
BÜTÜN XƏBƏRLƏR

BMU tələbəsi Gənclər Fondunun qrant müsabiqəsinin qalibi oldu

Tarix: 23-09-2026 15:46     Baxış: 332 A- / A+

BMU tələbəsi Gənclər Fondunun qrant müsabiqəsinin qalibi oldu

Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin “Kompüter elmləri” ixtisasının II kurs tələbəsi Zərif Salehzadənin təqdim etdiyi “AI Youth Camp” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsində qalib olub. 

Manevr.az xəbər verir ki, süni intellekt sahəsində tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş layihənin əsas məqsədi innovativ düşünmə, problem həll etmə və komanda işi bacarıqlarının gücləndirilməsi, eləcə də müasir texnologiyaların tətbiqi istiqamətində yeni bilik və təcrübə qazanmalarına imkan yaradılmasıdır.

Layihə çərçivəsində iştirakçılar real problemləri müəyyənləşdirərək onların həlli üçün süni intellekt əsaslı innovativ həllər hazırlayacaqlar. Əyani düşərgə formatında keçiriləcək tədbirin proqramına mini-hakaton da daxil ediləcək. Hakaton zamanı iştirakçılar hazırladıqları layihələr üzrə öz ideyalarını və texnoloji həllərini nümayiş etdirəcəklər.

Qeyd edək ki, “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviq olunması, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi məqsədi daşıyır.

Müsabiqə, həmçinin, gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə verməyi hədəfləyir.

BMU tələbəsinin bu uğuru universitetdə gənclərin innovativ təşəbbüslərinin, müasir texnologiyalara marağının və süni intellekt istiqamətində bilik və bacarıqlarının inkişafına göstərilən diqqətin növbəti göstəricisidir. Universitet tələbələrinin belə layihələrdə fəal iştirakı onların peşəkar inkişafına, yeni ideyalarının reallaşdırılmasına və əldə etdikləri bilikləri praktiki layihələrdə tətbiq etmələrinə geniş imkanlar yaradır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar