Xəbər lenti
Rusiyada Dövlət Dumasına seçkilər başlayıb
Manevr.az xəbər verir ki, ilk seçki məntəqələri Rusiyanın Kamçatka diyarı və Çukotka Muxtar dairəsində açılıb.
Ölkənin bəzi regionlarında avqustun sonundan etibarən erkən səsvermə keçirilib. Belə ki, ucqar ərazilərdə, eləcə də Ukrayna ilə müharibə zonasında hərbçilər üçün erkən səsvermə təşkil olunub.
Hazırkı VIII çağırış Dövlət Duması Ukrayna ilə müharibədən əvvəl, 2021-ci ilin payızında fəaliyyətə başlayıb. Bu günki seçkilər isə müharibənin başlamasından bəri Rusiyada ilk parlament seçkiləridir. Dövlət Dumasına seçkilər üç gün, 18-20 sentyabr tarixləri arasında davam edəcək.
Ümumilikdə, Rusiya parlamentinin aşağı palatasına 450 deputat seçiləcək. Onlardan 225-i partiya siyahılarından, yəni, seçicilər partiyaya səs verməklə, 225-i isə təkmandatlı seçki dairələrindən-müəyyən bir namizədə səs verməklə seçiləcəklər.
Dumanın hazırkı deputatlarının 70%-dən çoxunun növbəti müddətə namizədliyini irəli sürdüyü bildirilir.
Seçki bülletenlərindəki siyahıya on partiya daxil edilib. Bunlar Vahid Rusiya, Rusiya Liberal Demokrat Partiyası, Birbaşa Demokratiya Partiyası, Yaşıllar, Ədalətli Rusiya, Rodina, Rusiya Federasiyası Kommunist Partiyası, Pensiyaçılar Partiyası, Rusiya Kommunistləri və Yeni İnsanlar partiyalarıdır.
Hakim "Vahid Rusiya" Partiyasının reytinqlərinin iddialara görə 2021-ci illə müqayisədə daha yüksək olduğu bildirilir. Səsvermədən bir həftə əvvəl İctimai Rəy Fondu və "VTsIOM" - ÜmumRusiya İctiami Rəyi Öyrənən Mərkəz Vahid Rusiya partiyasının reytinqini 33-37% qiymətləndirərək onun səslərin 47-53%-ni alacağını proqnozlaşdırıb.
Rusiya mətbuatının yazdığına görə, bu ilki seçki prosesi həm də müharibə əleyhdarı yeganə partiya olan "Yabloko"nun seçkilərdə iştirakına qadağa qoyulması ilə də yadda qalıb. Belə ki, Mərkəzi Seçki Komissiyası əvvəlcə "Yabloko"nun siyahısını qeydiyyata alsa da, iki həftə sonra" "Rodina" partiyasının qaldırdığı iddia əsasında əvvəlcə aşağı instansiya məhkəməsi, daha sonra isə Ali Məhkəmə siyahını ləğv edib. "Yabloko" nun tək mandatlı namizədlərinin də seçkilərə buraxılmadığı bildirilib.
Ekspertlər Ukrayna ilə müharibə və qərbin ağır sanksiyaları fonunda keçirilən seçkilərdə əsas intiriqanın Dumada üçüncü yer uğrunda Liberal demokratlarla və "Yeni Insanlar" partiyası arasında gedəcəyini bildirirlər. Vladimir Jirinovskinin ölümündən sonra nüfuzdan düşdüyü iddia edilən liberaı demokratların bir sıra mövqelərini Kremlin layihəsi hesab olunan Yeni İnsanlar partiyasına uduzacağı proqnozlaşdırılır. Digər intiriqanın isə Ədalətli Rusiya Partiyasının bu dəfə 5 faizlik baryeri aşa bilməmək ehtimalıdır. Son dövrlər ancaq miqrantlar əleyhinə çıxışları ilə gündəmə gələn Sergey Mironovun partiyasının bu dəfəki parlamentdə fraksiya kimi təmsil oluna bilməyəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, rusiyalılar Dövlət Dumasının deputatlarından başqa, on subyektin rəhbərlərini, eləcə də regional parlament deputatlarını, şəhər dumalarını və rayon şuralarını seçirlər. Ənənəvi səsvermədən savayı, Moskva şəhəri və Moskva vilayəti də daxil olmaqla, Rusiyanın 33 regionunda məsafədən elektron səsvermə də tətbiq olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























