Xəbər lenti
Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Manevr.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib, ötən dövr ərzində birgə həyata keçirilmiş layihələrin ölkəmizin sosial-iqtisadi inkişafının dəstəklənməsinə töhfə verdiyi qeyd edilib.
Dayanıqlı şəhər inkişafı, yaşıl enerji, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, su təchizatı və su ehtiyatlarının idarə olunması, eləcə də bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri və gələcək birgə layihələr müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov iştirak edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























