Sizin Reklam Burada
Xəbər lenti
07-09-2026
BÜTÜN XƏBƏRLƏR

Dövlət başçısı İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik edib

Tarix: 08-09-2026 12:02     Baxış: 422 A- / A+


Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova, Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova, Prezident İlham Əliyev

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya təbrik ünvanlayıb.
Manevr.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli xanım Prezident, Şimali Makedoniya Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Xoş ənənələr üzərində qurulan Azərbaycan-Şimali Makedoniya dövlətlərarası əlaqələrinin və tərəfdaşlığının möhkəmlənməsi və ildən-ilə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Bu gün tərəfdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Şimali Makedoniya arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar