Sizin Reklam Burada
Xəbər lenti
03-11-2026
02-11-2026
BÜTÜN XƏBƏRLƏR

Yağışlı hava Sumqayıtda nəqliyyatın hərəkətini çətinləşdirib - FOTOLAR

Tarix: 07-09-2026 21:03     Baxış: 3911 A- / A+

Hazırda Sumqayıt şəhərində müşahidə edilən intensiv yağışlı hava şəraiti küçə və prospektlərdə nəqliyyatın hərəkətində bir sıra çətinliklər var və tıxac yaranıb. 

Əlverişsiz hava şəraiti səbəbindən şəhərin əsas hərəkət arteriyalarında sıxlıq müşahidə olunur.

Manevr.az xəbər verir ki, yaranan ləngimələrə yalnız yağış deyil, bəzi sürücülərin diqqətsizliyi də təsir göstərir. Belə ki, sükan arxasında olan bir sıra sürücülərin avtomobil idarə edərkən mütləq olan ara məsafəsini düzgün saxlamaması, hətta sıxlıq olmayan yollarda belə nəqliyyatın normal hərəkət ritmini pozub və süni gərginlik yaradıb. Yağışlı havada tormoz məsafəsinin uzanması və görünüşün məhdudlaşması riskləri daha da artırır.

Yaranmış sıxlıqların və olası yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də hərəkətin tənzimlənməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən şəhərin kritik kəsişmələrində və intensiv küçələrində gücləndirilmiş iş rejimində operativ tədbirlər görülür.

Sürücülərdən hava şəraitini nəzərə alaraq sürət həddini minimuma endirmələri, təhlükəsiz ara məsafəsini qorumaları və kəskin manevrlərdən çəkinmələri xahiş olunur.


Natiq İsmayıloğlu
Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar