Xəbər lenti
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yaxın günlərdə ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yağıntılar bəzi yerlərdə intensiv xarakter alacaq. Bununla yanaşı, bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.
Nazirlik bildirir ki, intensiv yağıntılar zamanı bəzi çaylarda sel və daşqın, eləcə də ayrı-ayrı ərazilərdə subasma riski yarana bilər. Vətəndaşlara təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə qarşılaşdıqda dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq və xilasedicilərin çağırış və tövsiyələrinə əməl etmək tövsiyə olunur.
Güclü külək zamanı isə yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, binalardan və reklam lövhələrindən uzaq durmaq lazımdır. Həmçinin elektrik dirəklərinin və naqillərinin, eləcə də hündür ağacların altında dayanmaq təhlükəlidir.
FHN kiçikhəcmli gəmi istifadəçilərinə də xəbərdarlıq edərək, belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu xatırladıb.
Şimşək çaxarkən də təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməlidir. Bu zaman elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışılmaması, açıq ərazidə elektrik xətlərinə, ildırımötürücülərə, navalçalara və antenalara yaxınlaşılmaması tövsiyə edilir.
Hündür ağacların altında daldalanmaq da təhlükəlidir. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandırmaq, şüşələri qaldırmaq və şimşək çaxması başa çatana qədər gözləmək məsləhət görülür.
FHN bir daha vətəndaşları ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına biganə yanaşmamağa çağırıb.
Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































