Sizin Reklam Burada
Xəbər lenti
04-09-2026
03-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan ərazisində erməni şairin heykəli: özləri sökdülər - Foto

Tarix: 04-09-2026 18:16     Baxış: 327 A- / A+


SSRİ dövründə Azərbaycan mədəni irsinin erməniləşdirilməsi prosesində aktiv rol alan erməni şair Paruyr Sevakın heykəlinin doğulduğu Zənqəkatun kəndindən götürülməsi böyük narazılığa səbəb olub.
Manevr.az globalinfo.az-a istinadla xəbər verir ki, yerli media heykəlin müəllifi Levon Tokmajyanın əsərinin götürülməsinə etiraz etdiyini yazıb.
Onun sözlərinə görə, bu qərarın arxasında Kərki kəndinin Azərbaycana verilməsi məsələsi dayanır:
“Tiqranaşenin (Kərki kəndi – red.) Azərbaycana təhvil verilməsi üçün müzakirə aparılır. Yəni bu, siyasi qərardır. Hətta həmin məktəbin qarşısındakı yolu da Azərbaycana Kərki ilə birlikdə təhvil verəcəklər. Ona görə heykəli götürüblər”.
Zənqəkatun kəndi Kərkiyə Paruyur Sevak kəndindən sonra ən yaxın ikinci kənddir. Hər iki kəndin Kərki ətrafındakı yüksəkliklərdə yerləşdiyi bildirilir.
Erməni KİV yazır ki, Azərbaycan Ordusunun 2018-ci ildə keçirdiyi Günnüt əməliyyatı nəticəsində Qızılqaya yüksəkliyinin Azərbaycanın nəzarətinə keçməsindən sonra ərazidə vəziyyət dəyişib. Beləliklə artıq Azərbaycan tərəfi Kərki ətrafındakı bu iki kəndə gedən yollara, o cümlədən Ermənistandan İran gedən magistrala nəzarəti təmin edib.
Qeyd edək ki, son zamanlar Ermənistanda Kərkinin Azərbaycana təhvil verilməsi üçün hazırlıq görüldüyünə dair məlumatlar yayılır.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar