Xəbər lenti
Azərbaycan ərazisində erməni şairin heykəli: özləri sökdülər - Foto

Manevr.az globalinfo.az-a istinadla xəbər verir ki, yerli media heykəlin müəllifi Levon Tokmajyanın əsərinin götürülməsinə etiraz etdiyini yazıb.
Onun sözlərinə görə, bu qərarın arxasında Kərki kəndinin Azərbaycana verilməsi məsələsi dayanır:
“Tiqranaşenin (Kərki kəndi – red.) Azərbaycana təhvil verilməsi üçün müzakirə aparılır. Yəni bu, siyasi qərardır. Hətta həmin məktəbin qarşısındakı yolu da Azərbaycana Kərki ilə birlikdə təhvil verəcəklər. Ona görə heykəli götürüblər”.
Zənqəkatun kəndi Kərkiyə Paruyur Sevak kəndindən sonra ən yaxın ikinci kənddir. Hər iki kəndin Kərki ətrafındakı yüksəkliklərdə yerləşdiyi bildirilir.
Erməni KİV yazır ki, Azərbaycan Ordusunun 2018-ci ildə keçirdiyi Günnüt əməliyyatı nəticəsində Qızılqaya yüksəkliyinin Azərbaycanın nəzarətinə keçməsindən sonra ərazidə vəziyyət dəyişib. Beləliklə artıq Azərbaycan tərəfi Kərki ətrafındakı bu iki kəndə gedən yollara, o cümlədən Ermənistandan İran gedən magistrala nəzarəti təmin edib.
Qeyd edək ki, son zamanlar Ermənistanda Kərkinin Azərbaycana təhvil verilməsi üçün hazırlıq görüldüyünə dair məlumatlar yayılır.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































