Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mərhum İlhamənin köməkçisinin məhkəməsində dəhşətli faktlar :“Yalvardı... ”

Tarix: 06-09-2016 15:20     Baxış: 4530 A- / A+
Mərhum İlhamənin köməkçisinin məhkəməsində dəhşətli faktlar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Manevr.az xəbər verir ki, hakim Səbuhi Hüseynin sədrliyi ilə keçən prosesdə şahid qismində Ilhamə Quliyevanın oğlu kimi tanınan Orxan Nadirovun dostu Vüqar Bəkirov ifadə verib.

Vüqar Bəkirov bildirib ki, Orxan Nadirov onun vasitəsi ilə bir neçə nəfərdən borc pul alıb: "Bu problemlə bağlı görüşmək üçün İlhamənin mobil nömrəsinə zəng vurdum. Telefona köməkçisi Mehriban cavab verdi. Yarım saatdan sonra İlhamə zəng vurdu və poblemlə bağlı danışdıq. Əvvəlcə bu borcu ödəmək istəmədi. Amma sonra İlhəmə 10 min manat borcu ödədi ki, məsələ ictimayəşməsin".

Vüqar Bəkirov qeyd edib ki, sonradan bir neçə dəfə Mehrinla görüşüb. Onun sözlərinə görə, Mehriban həmin görüşdə saxta vəsiyyətnamə hazırlayaraq Ilhamə Quliyevanın mülklərini ələ keçirmək istədiyini deyib: "Mən bununla razılaşmadım".

Şahid bildirib ki, sonralar Mehribanın İlhamənin evində soyğunçuluq etməsi ortaya çıxıb: "İlhamə bununla bağlı mənim şahidlik etməyimi istədi. Şahidlik etmək istəmədiyim üçün məndən polisə şikayət etdi".

Vüqar Bəkirov daha sonra bildirib ki, dələduzluq ittihamı ilə bağlı 4 il cəza alıb və həbsxanada cəza çəkir.

Məhkəmə prosesində İlhamə Quliyevanın 10 il mətbuat katibi olmuş Faiq Ələkbərov da ifadə verib. O, Mehriban Hüseynovanın diz çöküb yalvararkən videosunu çəkibmiş: “İlhamə xanım mənə zəng elədi ki, evə gəl. Dedi, sən mənim yaxınımsan, başıma belə bir iş gəlib. Getdik evə. Bizə səs yazıları dinlətdirdilər. Mehriban İlhamə Quliyeva haqda danışırdı. Mülkünü ələ keçirmək istədiyini, onu öldürmək istədiyini eşitdik.
Mehriban evə girən kimi rəfiqəsi olan Kəmalə onu vurdu. Sonra Mehriban yalvarmağa başaldı ki, səhv edib. Səs yazılarında Mehriban deyirdi: “Verdiyiniz dərman təsir eləmir. Bu qadın hər gün yaxşılaşır”.

O, Mehribanı İlhamə Quliyevanın istəyi ilə videoya çəkdiyini bildirib: “İlhamə xanım dedi ki, olanları videoya çək. Hamı görürdü, gizli çəkmirdim. Sonra İlhamə xanım videonu istədi. Mətbuat konfransında da jurnalistlərə verdi”.

Təqsirləndirilən Mehriban Hüseynova isə çəkilişin gizli olduğunu və özünün görmədiyini bildirib.

Məhkəmə prosesi sentyabrın 20-də davam edəcək.

Qeyd edək ki, mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.(teleqraf.com)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar