Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış etdi

Tarix: 01-09-2026 17:26     Baxış: 393 A- / A+
Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış etdi
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyada Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker çıxışının əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb.
Sahibə Qafarova bildirib ki, Qoşulmama Hərəkatının suverenlik, ərazi bütövlüyü, bərabərlik və daxili işlərə qarışmamaq prinsipləri bu gün də beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət daşıyır.
O qeyd edib ki, Azərbaycanın 2019–2024-cü illərdə Hərəkata sədrliyi dövründə üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə, institusional inkişafa və qlobal çağırışlara birgə cavab verilməsinə xüsusi diqqət yetirilib.
Milli Məclisin sədri vurğulayıb ki, Qoşulmama Hərəkatının əsas vəzifələri birliyin və həmrəyliyin qorunması, beynəlxalq nüfuzunun gücləndirilməsi, sülhə, davamlı inkişafa və daha ədalətli dünya nizamına töhfənin artırılmasıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar