Xəbər lenti
Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış etdi

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyada Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker çıxışının əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb.
Sahibə Qafarova bildirib ki, Qoşulmama Hərəkatının suverenlik, ərazi bütövlüyü, bərabərlik və daxili işlərə qarışmamaq prinsipləri bu gün də beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət daşıyır.
O qeyd edib ki, Azərbaycanın 2019–2024-cü illərdə Hərəkata sədrliyi dövründə üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə, institusional inkişafa və qlobal çağırışlara birgə cavab verilməsinə xüsusi diqqət yetirilib.
Milli Məclisin sədri vurğulayıb ki, Qoşulmama Hərəkatının əsas vəzifələri birliyin və həmrəyliyin qorunması, beynəlxalq nüfuzunun gücləndirilməsi, sülhə, davamlı inkişafa və daha ədalətli dünya nizamına töhfənin artırılmasıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































