Xəbər lenti
Vilayət Eyvazov Sumqayıtda sıra baxışı keçirdi - VİDEO/FOTO
.jpg)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 31-də və sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu keçirib.
Nazirlikdən verilən xəbərə görə, mazir əvvəlcə Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Daha sonra Şəhər Polis İdarəsinin inzibati binasında qəbula gələn 585 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 458 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Manevr.az
.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İdman
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































