Sizin Reklam Burada
Xəbər lenti
17-08-2026
BÜTÜN XƏBƏRLƏR

3 günlük maqnit qasırğası başladı

Tarix: 18-08-2026 14:48     Baxış: 332 A- / A+

Manevr.az xəbər verir ki, gecə saat 03:00-dan sonra geomaqnit sahəsində dəyişikliklər başlayıb. Saat 06:00-a yaxın isə aktivlik "G1" səviyyəli maqnit qasırğasına yüksəlib.
Maraqlıdır ki, hazırda Günəşdə aktivlik kifayət qədər aşağıdır. Sonuncu "X" sinifli alışma bir aydan əvvəl qeydə alınıb, avqust ayında isə "M" sinifli alışma müşahidə edilməyib.
Buna baxmayaraq, maqnitosfer digər amillərin təsiri ilə vaxtaşırı güclənə bilər. Hazırkı geomaqnit pozuntunun əsas səbəbinin Günəşdən Yerə doğru hərəkət edən, tac dəliyindən çıxan günəş küləyi axını olduğu ehtimal edilir.
Proqnozlara görə, geomaqnit dəyişiklikləri daha 2-3 gün davam edə bilər. Bu gün maqnit qasırğasının davam etmə ehtimalı 46 faiz, çərşənbə günü isə 56 faiz qiymətləndirilir.
Mütəxəssislər qeyd edirlər ki, tac dəliyi Günəş-Yer xətti üzərində yerləşdiyindən onun yaratdığı günəş küləyi Yer kürəsinin maqnit sahəsinə birbaşa təsir göstərir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar