Sizin Reklam Burada
Xəbər lenti
14-08-2026
13-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bu gündən "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırıldı

Tarix: 15-08-2026 10:02     Baxış: 442 A- / A+



Bu gündən "Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb.
Manevr.az xəbər verir ki, tikinti işləri təxminən 10-11 ay davam edəcək və bu müddət ərzində qatarlar "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərməyəcək.
Layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun icra olunur.
İnşaat dövründə metroda hərəkət aşağıdakı kimi təşkil olunacaq:
- "28 May" - "Nizami" mənzili: bu iki stansiya arasında sərnişindaşıma dayandırılacaq. Bununla əlaqədar aparılmış birgə təhlillər əsasında artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əlavə ekspres marşrutlar açılıb.
- "Qırmızı" xətt: "İçərişəhər" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunmaqla qatarlar "İçərişəhər" - "Əhmədli" marşrutu üzrə 2 dəqiqə 30 saniyəlik intervalla hərəkət edəcək. ("Əhmədli"- "Həzi Aslanov" mənzilində təmir başa çatanadək məkik hərəkət üzrə mövcud interval saxlanılacaq).
- "Yaşıl" xətt: Qatarlar "Dərnəgül" - "Nizami" marşrutu üzrə 3 dəqiqə 30 saniyəlik intervalla fəaliyyət göstərəcək.
- "Cəfər Cabbarlı" - "Xətai" mənzili: Məkik hərəkət rejimi dəyişməz qalacaq (interval 7 dəqiqə).
- "Bənövşəyi" xətt: "Xocəsən" - "8 Noyabr" marşrutu üzrə 8 dəqiqəlik interval qüvvədə saxlanılacaq.
"Qırmızı" xətt üzrə isə "İçərişəhər" dönmə kamerasının tikintisi davam edir və layihənin 2028-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır. Bu infrastrukturlar tam istifadəyə verildikdən sonra hər iki xətt üzrə intervalların 2 dəqiqəyədək azaldılması mümkün olacaq.
"28 May" və "Nizami" stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub. 

Yeni ekspres xətlər bunlardır:
M1 - Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında;
M2 - Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında;
M3 - Metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları arasında;
M4 - Metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları arasında;
M5 - Metronun "20 Yanvar" və "Gənclik" stansiyaları arasında;
M6 - Metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında.
Qeyd edək ki, avtobuslar ödənişli əsaslarla fəaliyyət göstərir.
Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı azaldılacaq.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar