Xəbər lenti
Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, qərarda podrat müqaviləsini digər mülki-hüquqi müqavilələrdən fərqləndirən meyarlar müəyyən edilmiş, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələblərinə aydınlıq gətirilmiş, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, istehlak podratının və çoxmənzilli binanın tərkib hissəsinə dair podrat müqaviləsinin xüsusiyyətləri, eləcə də podrat müqaviləsi üzrə mülki qanunvericiliyin tətbiqinin təcrübi problemləri təhlil edilib.
Ali Məhkəmənin Plenumu həmçinin Qərarın tətbiqi ilə bağlı kommersiya məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrində baxılan kommersiya işlərini, habelə Bakı şəhəri üzrə rayon (şəhər) məhkəmələrini və Bakı Apellyasiya Məhkəməsində baxılan mülki işləri əhatə etməklə, 2027-ci ilin 1 yanvar tarixindən 2028-ci ilin 1 yanvar tarixinədək olan dövr ərzində məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasını qərara alınıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































