Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi

Tarix: 29-07-2026 22:49     Baxış: 380 A- / A+


Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi kənd təsərrüfatının inkişafına yönəldiləcəyi bəhanəsi ilə dövlətə məxsus "Aqrarkredit" (Bank Olmayan Kredit Təşkilatı) QSC-dən 100 milyon manatdan artıq kredit götürən şəxslərin cinayət əməlini ifşa etməkdə davam edir.
Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gün həmin iş üzrə daha bir nəfər həbs edilib.
Yaqubov Vüqar Hacı oğlu "Aqrarkredit"də Kreditlərin təşkili və idarə edilməsi departamentinin müdiri işləyib. İttihama görə, o, bir qrup sahibkarla əlbir olaraq 24 milyon manat pul vəsaitini kredit rəsmiləşdirilməsi adı ilə ələ keçirib. Həmin pullar da kənd təsərrüfatı fəaliyyətinə deyil, şəxsi ehtiyaclar və digər məqsədlərə xərclənib.
Vüqar Yaqubova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Dövlətə dəymiş ziyan ödənilmədiyi halda xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən şəxsi 10 ildən 14 ilə kimi həbs cəzası gözləyir.
Hazırda bu cinayət işi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində geniş ibtidai istintaq hərəkətləri aparılır. Dövlətə ziyan vurulmasında iştirak edən şəxslərin sayının daha çox olduğu istisna edilmir.
Qeyd edək ki, Vüqar Yaqubovun dələduzluq əməlləri 2019-2025-ci illəri əhatə edir. O, 2025-ci ilə kimi sözügedən qurumda vəzifədə olub. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar