Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub

Tarix: 29-07-2026 21:06     Baxış: 380 A- / A+


Perunun paytaxtı Lima şəhərində ölkənin yeni seçilmiş Prezidenti Keyko Fuximorinin andiçmə mərasimi keçirilib.
Manevr.az xəbər verir ki, dünyanın yüzə yaxın ölkəsindən yüksəksəviyyəli nümayəndə heyətlərinin qatıldığı rəsmi tədbirdə Azərbaycan Respublikasını ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı, eyni zamanda, Peru Respublikasında akkreditə olunmuş səfiri Seymur Fətəliyev təmsil edib.
Andiçmə mərasimi çərçivəsində əvvəlcə Limanın Mərkəzi Bazilikasında təntənəli dini ayin təşkil olunub. Daha sonra Peru Konqresində keçirilən rəsmi mərasimdə Prezident Keyko Fuximori Konstitusiyaya sadiqlik andı içərək, vəzifəsinin icrasına başlayıb. Yeni Prezident çıxışı zamanı ölkənin qarşıdakı inkişaf prioritetləri və hökumətin fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb.
Rəsmi mərasimdən sonra Peru Prezidenti Hökumət Sarayında andiçmə mərasimində iştirak edən xarici dövlət və hökumət nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
Qəbul zamanı Azərbaycan Respublikasının səfiri Seymur Fətəliyev Prezident İlham Əliyevin Peru Prezidenti Keyko Fuximoriyə ünvanladığı səmimi təbrikləri və xoş arzularını çatdırıb. Səfir, həmçinin Azərbaycan ilə Peru arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini söyləyib.
Prezident Keyko Fuximori göstərilən diqqətə görə minnətdarlığını bildirərək, səmimi salamlarını və ən xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
Andiçmə mərasimində keçirilən görüşlər Azərbaycan ilə Peru arasında siyasi dialoqun və ikitərəfli əməkdaşlığın inkişafına verilən qarşılıqlı önəmin daha bir göstəricisi kimi qiymətləndirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar