Sizin Reklam Burada
Xəbər lenti
28-07-2026
27-07-2026
BÜTÜN XƏBƏRLƏR

Ərdoğandan "Ahbap" qalmaqalına ilk reaksiya

Tarix: 28-07-2026 18:46     Baxış: 337 A- / A+



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2-ci Kommunikasiya Şurasında çıxışı zamanı 6 fevral zəlzələlərindən sonra baş verən hadisələrə toxunaraq, fəlakətdən siyasi və iqtisadi məqsədlər üçün istifadə edənlərin artıq ədalət qarşısında cavab verdiyini bildirib.

Manevr.az xəbər verir ki, Ərdoğan ad çəkməsə də, son günlər gündəmdə olan "Ahbap" Dərnəyi və onun rəhbəri Haluk Levent ətrafında yaranmış korrupsiya iddialarına işarə edib. O qeyd edib ki, son həftələrdə üzə çıxan məlumat və sənədlər zəlzələ dövründə dövlətə və millətə qarşı müxtəlif əməliyyatların həyata keçirildiyini göstərir.

"Zəlzələdən siyasi və iqtisadi mənfəət üçün istifadə edənlər indi ədalət qarşısında cavabdehdirlər", - deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan çıxışında dezinformasiyanın milli təhlükəsizlik məsələsinə çevrildiyini də bildirib. Onun sözlərinə görə, sosial media platformaları cəmiyyətin reaksiyalarına ciddi təsir göstərir, həqiqətlə qavrayış arasındakı fərqi artırır və ictimai etimadı zəiflədir.

Prezident qeyd edib ki, hökumət dezinformasiyanın bütün formalarına qarşı mübarizəni qətiyyətlə davam etdirəcək və dövlətə qarşı istifadə olunan heç bir resursa imkan verilməyəcək.

Qeyd edək ki, Ərdoğan bu fikirləri Ankarada ATO Konqresiumunda keçirilən 2-ci Kommunikasiya Şurasında səsləndirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar