Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rumıniya Moskvadakı səfirini geri çağırıb

Tarix: 27-07-2026 18:02     Baxış: 397 A- / A+


Rumıniya Moskvadakı səfirini geri çağırıb
Rumıniya son günlər Rusiya pilotsuz uçuş aparatlarının ölkənin hava məkanını pozması ilə əlaqədar Rusiyanın Buxarestdəki səfirliyinin bir əməkdaşını "persona non grata" elan edərək ölkədən çıxarmaq qərarına gəlib.
Manevr.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Rusiyanın Buxarestdəki səfiri nazirliyə çağırılıb və ona Rumıniya ərazisində vurulan pilotsuz uçuş aparatının qalıqları təqdim edilib. Prokurorluğun apardığı araşdırma PUA-nın Rusiya mənşəli olduğunu müəyyən edib.
Rumıniya tərəfi Rusiya səfirinə qəti etirazını bildirərək, Rumıniyanın hava məkanının, eyni zamanda NATO və Avropa İttifaqının hava məkanının pozulmasının "tamamilə yolverilməz" olduğunu vurğulayıb.
Adı və vəzifəsi açıqlanmayan rusiyalı diplomatın beş gün ərzində Buxaresti tərk etməsi tələb olunub.
Eyni zamanda bildirilib ki, Rumıniyanın Moskvadakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar