Sizin Reklam Burada
Xəbər lenti
03-11-2026
02-11-2026
BÜTÜN XƏBƏRLƏR

Əraqçi: Dövlətlərin aktivlərinin müsadirəsi təhlükəli nəticələr doğura bilər

Tarix: 24-07-2026 11:04     Baxış: 3132 A- / A+


Abbas Əraqçi, İranın xarici işlər naziri Abbas Əraqçi, İranın xarici işlər naziri


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İranın dondurulmuş aktivləri ilə bağlı bəyanatına münasibət bildirib.
Manevr.az-ın məlumatına görə, Əraqçi sosial şəbəkə hesabında yazıb ki, bir ölkənin aktivlərinin gələcəkdə irəli sürülə biləcək və birbaşa əlaqəsi olmayan tələblərin ödənilməsi məqsədilə dondurulması təhlükəli presedent yaradır.
Nazir bildirib ki, belə addımdan faydalanacağını düşünənlər nəzərə almalıdırlar ki, hökumətlər başqalarına məxsus əmlakın müsadirəsini adi praktikaya çevirərsə, heç bir dövlətin aktivləri artıq təhlükəsizlik və toxunulmazlıq zəmanətinə malik olmayacaq.
Əraqçinin sözlərinə görə, bunun nəticəsində yarana biləcək xaos və sabitsizlik nə dövlətlərin, nə də beynəlxalq sülhün maraqlarına xidmət edəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə saat əvvəl bildirib ki, gəmilərə və yüklərə dəyəcək hər hansı zərər ABŞ-da dondurulmuş İran aktivləri hesabına ödəniləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar