Sizin Reklam Burada
Xəbər lenti
23-07-2026
22-07-2026
21-07-2026
BÜTÜN XƏBƏRLƏR

Araz Ağalarovdan 1,68 milyardlıq tələb

Tarix: 23-07-2026 21:39     Baxış: 332 A- / A+


Azərbaycanəsilli iş adamı Araz Ağalarovun Rusiyada fəaliyyət göstərən "Crocus Group" şirkəti 2024-cü ildə yandırılan "Crocus City Hall" konsert zalına görə "İnqosstrax" sığorta şirkətindən 1,68 milyard rubl (təxminən 36 milyon 500 min manat) tələb edir.
Manevr.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Məlumata görə, tələb olunan məbləğ ümumi zərərin üçdə birindən də azdır. Lakin iddianın təmin olunmasının çətin ola biləcəyi bildirilir. Səbəb kimi terror aktı riskinin sığorta müqaviləsinə daxil edilməməsi göstərilir.
İddia iyulun 10-da məhkəmə tərəfindən icraata qəbul edilib.
Qeyd edək ki, Araz Ağalarovun oğlu, Xalq artisti Emin Ağalarov daha əvvəl şirkətə dəyən zərəri 150-200 milyon dollar qiymətləndirmişdi. Bu məbləğin təxminən 100 milyon dollarının analoji konsert zalının yenidən tikintisinə sərf oluna biləcəyi bildirilmişdi.
Xatırladaq ki, "Crocus City Hall"da terror aktı 2024-cü ilin martın 22-də axşam saatlarında baş verib. Bir qrup silahlı şəxs binaya daxil olaraq qarşısına çıxan hər kəsi güllələyib və yanğın törədib. Konsert zalının üzərindəki dam uçub. Hücum nəticəsində 6-sı uşaq olmaqla 145 nəfər həlak olub, 550-dən çox adam yaralanıb./Axşam.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar