Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla Türkiyə arasında hərbi-texniki əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub

Tarix: 09-07-2026 20:01     Baxış: 482 A- / A+


Azərbaycanla Türkiyə arasında hərbi-texniki əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub
Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar və Türkiyə səfiri Birol Akgünlə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.
Qeyd olunub ki, “Baykar” şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır və həyata keçirilən birgə layihələr ölkələrimiz arasında mövcud olan tərəfdaşlığın inkişafına mühüm töhfələr verir.
Müzakirələr zamanı tərəflər hərbi-texniki əlaqələrin daha da inkişaf etdirilməsi, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar