Sizin Reklam Burada
Xəbər lenti
09-07-2026
08-07-2026
BÜTÜN XƏBƏRLƏR

Diplomatik xidmət ölkənin milli maraqlarının qorunması üçün fədakarlıq tələb edən bir peşə sahəsidir"

Tarix: 05-07-2026 17:14     Baxış: 319 A- / A+
“Bu gün 3-cü oxunuşu keçirilən “Diplomatik xidmət haqqında” qanun layihəsi, Azərbaycanın xarici siyasətinin inkişafına töhfə verən insanların – bizim diplomatlarımızın fəaliyyətinə dövlətimizin mühüm dəstəyini nümayiş etdirir. 
Diplomatik xidmət ölkənin milli maraqlarının qorunması və etibarlı şəkildə təmsil olunması üçün fədakarlıq tələb edən bir peşə sahəsidir. Ona görə də diplomatlarımızın və onların ailə üzvlərinin rifahının daha da yaxşılaşdırılması bu missiyanın effektivliyi və davamlılığı üçün olduqca vacib bir addımdır. 
Baxın, bu günlərdə müstəqilliyimizin 108 illiyi fərqli qitələrdə - Şimali Amerikada, Latın Amerikasında, Avropada, Asiyada, Afrikada diplomatlarımızın aktiv təşkilatçılığı ilə qeyd olundu. Müxtəlif ölkələrdə dövlət rəsmilərinin iştirakı ilə keçirilən silsilə tədbirlərdə milli mədəniyyətimiz, musiqimiz, incəsənətimiz, xalçaçılığımız, milli mətbəximiz geniş auditoriyalara təqdim edildi. 
Ölkəmizin zəngin dövlətçilik irsi, mədəni siması tanıdılarkən, eyni zamanda diplomatik gücü də sərgiləndi. Və şübhəsiz ki, Azərbaycanın uğurlu xarici siyasəti cənab Prezidentin formalaşdırdığı beynəlxalq nüfuz üzərində günü-gündən daha da yüksəlməkdədir”. 
Manevr.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva açıqlamasında deyib.
Deputat bildirib ki, qısa müddət əvvəl Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası, 31-ci Bakı Enerji Həftəsi kimi qlobal miqyaslı mötəbər tədbirlər bizim beynəlxalq əlaqələrimizin ən üstün səviyyəsini ifadə edir. 
“Digər tərəfdən, son dövrlərdə regionda baş verən mürəkkəb hadisələr fonunda dövlətimiz yaxın qonşuluqda yaranmış çətin şəraitdə bəzən münasibətlərdən asılı olmayaraq, müxtəlif ölkələrin vətəndaşlarının təhlükəsiz şəkildə təxliyyə edilməsi prosesində mühüm rol oynadı. Azərbaycan diplomatiyasının universal dəyərlərə sadiq, humanist xarakteri bir daha öz təsdiqini tapdı. 
Ölkəmiz nəinki qonşu ölkələrə, ümumiyyətlə  ehtiyacı olanlara hər zaman yardım əlini uzadır.
Çünki, Azərbaycanın humanitar siyasəti səmimiyyət siyasətidir. İnsan amilinə, həyatların xilas edilməsinə əsaslanır. 
Cənab Prezidentin müəyyən etdiyi dövlətimizin siyasi kursunun dünya miqyasında icra olunması və təşviqi diplomatlarımızın üzərinə düşən çox mühüm vəzifədir. Onların əksəriyyəti uzun illər Vətəndən uzaqda, qürbətdə yaşayaraq bu məsuliyyətli xidməti yerinə yetirir”- deyə Günay Əfəndiyeva bildirib.  
 
 Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar