Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Naxçıvan MR-nın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - Açıqladı

Tarix: 08-07-2026 13:35     Baxış: 395 A- / A+



Bir neçə gün əvvəl Azərbaycanın nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə İranın ali dini lideri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün İrana səfər edib. Səfərdə nümayəndə heyətinin tərkibində Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov və Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev də yer alıb.
Manevr.az bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, nümayəndə heyətini İrana aparan təyyarədən düşən şəxslər arasında Naxçıvan MR-nın Baş naziri Cabbar Musayev də olub. Lakin o, vida mərasiminin rəsmi hissəsində və protokolda görünməyib. Bu da bir sıra müzakirələrə səbəb olub. Cabbar Musayevin hansı səbəbdən protokolda yer almaması isə məlum olmayıb.
Manset.az məsələnin ciddiliyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevlə əlaqəyə keçə bilib. O, açıqlamasında protokolda yer almamasının texniki səbəblərdən baş verdiyini bildirib:
"Mənim həmin protokolda iştirak etməməyim texniki səbəblərlə bağlı idi. Bu barədə qarşı tərəfə rəsmi qaydada məlumat verildi. Vida mərasimində iştirak edənlərin sayı çox olduğu üçün  sıxlıq var idi. Avtomobillər də hissə-hissə buraxılırdı. Burada hansısa siyasi məsələ yoxdur, problem təşkilati məsələlərlə bağlı idi. Ümumi olaraq mən ölkə adından kənarda başsağlığı verdim", - deyə Baş nazir bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar