Sizin Reklam Burada
Xəbər lenti
07-07-2026
06-07-2026
BÜTÜN XƏBƏRLƏR

Ərdoğanla Trampın görüş saatı açıqlandı

Tarix: 07-07-2026 10:35     Baxış: 325 A- / A+



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun 32 üzv ölkəsinin dövlət və hökumət başçılarının iştirak edəcəyi zirvə toplantısı çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Manevr.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, sammitdə NATO-ya üzv ölkələrin liderləri ilə yanaşı, 100-ə yaxın nazir, çoxsaylı diplomat və müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Toplantıda əsas müzakirə mövzularından biri Ukraynadakı vəziyyət, həmçinin alyansın cənub cinahında baş verən son hadisələr olacaq.
Proqrama əsasən, Rəcəb Tayyib Ərdoğan əvvəlcə Kanadanın Baş naziri Mark Karni, daha sonra isə Finlandiya Prezidenti Aleksandr Stubb ilə ikitərəfli görüş keçirəcək.
Günün diqqət çəkən məqamlarından biri isə ABŞ Prezidenti Donald Trampın rəsmi mərasimlə qarşılanması olacaq. Liderlərin görüşündə regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Axşam saatlarında Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan sammitdə iştirak edən dövlət və hökumət başçıları, eləcə də onların həyat yoldaşlarının şərəfinə rəsmi ziyafət verəcəklər.
Ərdoğanın liderlərlə ikitərəfli görüş saatları:
Saat 11:00-da (Bakı vaxtı ilə 12:00) Kanadanın Baş naziri Mark Karni, saat 12:30-da (13:30) isə Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşəcək. Saat 15:00-da (16:00) ABŞ Prezidenti Donald Trampı rəsmi mərasimlə qarşılayacaq.
Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, saat 19:30-da (20:30) dövlət və hökumət başçıları ilə onların həyat yoldaşlarının şərəfinə ziyafət verəcəklər.
Qeyd edək ki, Ankarada keçirilən NATO sammitinin təhlükəsizliyinin təmin olunması məqsədilə 10 minlərlə polis əməkdaşı xidmətə cəlb edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar