Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Tarix: 07-07-2026 09:28     Baxış: 388 A- / A+
Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləriAğıllı saatlar, fitnes bilərzikləri və digər geyinilə bilən cihazlar sağlamlıq göstəricilərini izləmək üçün faydalı olsa da, onların uzunmüddətli və nizamsız istifadəsi bəzi fiziki və psixoloji risklər yarada bilər.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov ağıllı saatlar və fitnes bilərziklərin uzunmüddətli istifadəsinin sağlamlığa təsiri barədə danışarkən deyib.
Onun sözlərinə görə, fiziki müstəvidə cihazların daxili səthində toplanan tər, toz və ölü dəri hüceyrələri uzun müddət təmizlənmədikdə dərinin hava keçirməsini pozaraq kontakt dermatitə (dəri iltihabı) və bakterial infeksiyalara yol aça bilir:
“Bu riskləri minimuma endirmək üçün cihazı hər idmandan sonra spirtli salfetlərlə dezinfeksiya etmək, saatı qolu sıxmayacaq şəkildə bağlamaq və dərinin nəfəs alması üçün gün ərzində cihazı sağ və sol biləklər arasında dəyişmək mühüm kiber-gigiyena qaydalarındandır”.
Ekspert bildirib ki, bu cihazların blutz və vayfay vasitəsilə yaydığı zəif elektromaqnit dalğaları adətən zərərsiz sayılır:
“Amma bəzi həssas insanlarda yüngül baş ağrısı və yorğunluq hissi yarada bilər. Psixoloji tərəfdən isə insanın ürək döyüntüsünü, yuxusunu və digər göstəricilərini həddən artıq izləməsi narahatlıq və asılılıq hissini artıra bilər. Psixoloji tərəfdən isə hər addımı, ürək döyüntüsünü və yuxu fazalarını obsessiv şəkildə izləmək insanda daxili narahatlığı (anksiyete) artıraraq bioloji göstəricilərin hər an ideal olmasını tələb edən rəqəmsal asılılıq yarada bilir.
Bu cihazların proqram imkanlarından istifadə edərkən bəzi risk qruplarının daha diqqətli olması lazımdır. Məsələn, ürəyində kardiostimulyator olan insanlar ağıllı saat və bədən analiz edən cihazlardan istifadə edərkən həkimlə məsləhətləşməlidirlər, çünki bəzi funksiyalar onlara uyğun olmaya bilər. Dəri allergiyası olanlar isə daha çox hipoallergen materiallı, məsələn, titan korpus və parça qayış seçməlidirlər. Həmçinin narahatlıq və stressə meyilli insanlar ürək döyüntüsü və oksigen ölçən göstəriciləri həddən artıq izləməməlidirlər, çünki bu, lazımsız həyəcan və stress yarada bilər”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar