Xəbər lenti
Papravənd-Qarapirim şəhidləri
Papravənd və Qarapirim kəndlərində şəhidlərin anım günü keçirildi. Anım günündə şəhid ailələri, kənd ağsaqqalları, qazilər, Vətən müharibəsinin veteranları və qonaqlar iştirak edirdilər. İştirakçılar Papravənd qəbristanlığındakı şəhidlərin şəkilləri düzülmüş dəmir lövhə qarşısına toplanmışdılar.Manevr.az xəbər verir ki, tədbir Azərbaycan himni ilə başladı. Sonra şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edildi.
Yığıncağı Ağdam RİH-nin Papravənd kənd İnzibati ərazi dairəsi üzrə Papravənd-Qarapirimli kənd ərazi nümayəndəsi Əliyev Hümbət Kərim oğlu açdı. O, zəhmət çəkib bura gələn həmkəndlilərini salamladı. Sonra sözü Hacı Vüqara verdi. Hacı Vüqar şəhidlərimizin və bu qəbristanlıqda uyuyan kənd sakinlərinin ruhuna bir surə oxudu. Bundan sonra söz keçmiş Ağdam İH-nin başçısı Həsən Sarıyevə, keçmiş polis işçisi Qərib müəllimə, Azad VP-nın sədri Akif Nağıya, Qədulla müəllimə, Təvəkgül Rəşid oğluna, şəhid ailələrinə və başqalarına verildi. Çıxış edənlər Ali baş komandan, hörmətli prezidentimiz İlham Əliyevə torpaqlarımızın azad edilməsində göstərdiyi qətiyyətə görə və apardığı davamlı siyasətə görə minnətdarlıqların bildirdilər. Ordumuzun müasir NATO standartlarına cavab verməsindən, düşmən layiqli zərbə vurmasından danışdılar. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər dedilər.
Görüş iştirakçıları çıxışlardan sonra şəhidlərin, dünyasın dəyişən əzizlərinin məzarların ziyarət etdilər. Bundan sonra maşınlara oturub Qarapirim kənd qəbristanlığına yola düşdük. Orada dəfn olunmuş şəhidlərin ruhlarına dualar oxundu.
Şəhidlər ziyarət edildikdən sonra yenə Papravənd kəndinə qayıtdıq.
Kənd qəbristanlığının yanında qurulmuş kişilər və qadınlar üçün çadırda təşkil olunmuş çay və şirniyyat süfrəsi açılmışdı. Bu günkü anım gününü və ehsan süfrəni Papravənd kənd İnzibati ərazi nümayəndəsi Hümbət Əliyevin, Hacı Namiqin təşəbbüsü ilə onlarla birlikdə oxumuş 1985-ci ilin məzunları təşkil etmişdilər. Hacı Namiq təklif etdi ki, hər ilin bu günü həm də kənd camaatının həmrəyliyi günü kimi keçirək.
Tədbir ruh yüksəkliyi ilə keçirildi. Verdiyi dəstəyə görə onlar Ağdam rayon İH-nin başçısı cənab Vaqif Həsənova minnətdarlıqlarını bildirdilər.
Məmməd Gürşadoğlu
şair-publisist,
AJB-nin üzvü
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































