Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

Tarix: 25-05-2026 18:43     Baxış: 3124 A- / A+
Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladıBelarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Manevr.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident!
Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
İqtisadiyyatda öz uğurları və artan beynəlxalq nüfuzu ilə qürur duyan suveren, inkişaf etmiş və gələcəyə inamlı dövlətin qurulması üzrə Sizin həyata keçirdiyiniz kursun nəticələrini Belarusda yüksək qiymətləndirirlər.
Strateji Belarus-Azərbaycan tərəfdaşlığının inkişafında Minskin güclü marağını təsdiq edirəm. Əminəm ki, bizim müntəzəm görüşlərimiz, etimada əsaslanan fəal dialoq, həmçinin müxtəlif səviyyələrdə həyata keçirilən sistemli fəaliyyət cari layihələrin uğurla icrasına və yeni ikitərəfli təşəbbüslərin formalaşmasına daim kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə cansağlığı və xoşbəxtlik, Azərbaycan vətəndaşlarına isə sülh və əmin-amanlıq arzulayıram”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar