Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Putin Pekində Çin lideri ilə görüşüb

Tarix: 20-05-2026 10:47     Baxış: 3151 A- / A+


Putin Pekində Çin lideri ilə görüşüb
Rusiya Prezidenti Vladimir Putin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.
Manevr.az xəbər verir ki, Rusiya və Çin liderləri ilk olaraq məhdud formatda danışıqlar aparıblar.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Rusiya Prezidenti Çin liderini gələn il Rusiyaya səfərə dəvət edib.
Putin bildirib ki, əlverişsiz xarici amillərə baxmayaraq, iki ölkə arasında əməkdaşlıq yaxşı temp nümayiş etdirir. Belə ki, Rusiya və Çin arasında ticarət dövriyyəsi son 25 ildə 30 dəfədən çox artıb.
Putin deyib ki, Rusiya-Çin münasibətləri artıq dəfələrlə sınaqdan keçib: “Moskva və Pekin arasındakı hərtərəfli tərəfdaşlıq yeni dövrdə dövlətlərarası münasibətlər üçün modelə çevrilib. Rusiya və Çin həm ikitərəfli, həm də beynəlxalq forumlarda əməkdaşlığı inkişaf etdirəcəklər”.
Si Cinpin isə çıxışında münasibətlərin sağlam və sabit inkişafını təşviq etməyin Rusiya və Çin liderlərinin strateji seçimi olduğunu deyib: “Çin və Rusiya iki ölkə arasında qarşılıqlı etimad təməlini daha da möhkəmləndirməli, əməkdaşlığı zənginləşdirməli və dostluğu genişləndirməlidirlər. Çin-Rusiya münasibətləri daha aktiv və sürətli inkişafın yeni mərhələsinə qədəm qoyub”.
Görüşün yekununda Vladimir Putin və Si Cinpin Rusiya-Çin münasibətlərinin dərinləşdirilməsi ilə bağlı birgə bəyanat imzalayıblar.apa

Manevr.az


Putin Pekində Çin lideri ilə görüşübPutin Pekində Çin lideri ilə görüşübPutin Pekində Çin lideri ilə görüşüb


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar