Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Manevr.az-ın xəbərinə görə, 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək.
Bələdiyyə seçkilərində adları seçki bülletenlərinə daxil edilən namizədlərin sayı 16092 nəfərdir. 16092 namizədin 8424-ü 23 siyasi partiya tərəfindən irəli sürülüb. Partiya mənsubiyyətinə gəlincə, 16092 namizədin 8504-ü 24 siyasi partiyanın mənsublarıdır. Seçkilərdə 7588 bitərəf namizəd mübarizə aparacaq.
Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 961 987 seçici 5846 seçki məntəqəsində səs verə biləcək. Bunlardan 5734-ü daimi, 112-si müvəqqəti seçki məntəqələrdir. 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında ümumilikdə 70625 müşahidəçi akkreditasiyadan keçib. Müşahidəçilərdən 26260-ı 24 siyasi partiya tərəfindən təqdim olunan müşahidəçilərdir.
Seçki Məcəlləsinin tələbinə əsasən, bələdiyyə seçkilərində səsvermə ilə əlaqədar bu gün geyri-iş günü olacaq.
Xəbər lenti
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























