Azərbaycanda bütün seçki məntəqələrində saat 08:00-dan etibarən bələdiyyə seçkiləri ilə əlaqədar səsverməyə start verilib.
Manevr.az xəbər verir ki, 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 bələdiyyə üzvü seçiləcək.
Bələdiyyə seçkilərində səsvermə keçirilən seçki məntəqələrinin sayı 5 846-dır. Bunlardan 5 734-ü daimi, 112-si müvəqqəti məntəqələrdir.
Seçkidə səsvermə hüququ olan 5 961 987 seçici iştirak edə biləcək.
Bələdiyyə seçkilərində 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib.
16 092 namizədin 8 424-ü 23 siyasi partiya tərəfindən irəli sürülənlərdir. Namizədlərin 8 504-ü 24 siyasi partiya mənsubları, 7 588-i bitərəflərdir. Namizədlərin təqribən 31%-i qadınlar, təqribən 82%-i ali təhsillidir.
Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında ümumilikdə 70 625 müşahidəçi akkreditasiyadan keçib. Müşahidəçilərdən 26 260-ı 24 siyasi partiya tərəfindən təqdim olunan müşahidəçilərdir.
Bələdiyyə seçkilərində mübarizə aparan namizədlərin təqribən 41%-i 21-35 yaş arasında olanlardır.
1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, səsvermə prosesi saat 19:00-dək davam edəcək.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar