Sizin Reklam Burada
Xəbər lenti
07-08-2026
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

10 yeni metro stansiyası bu istiqamətləri əhatə edəcək

Tarix: 28-01-2025 20:19     Baxış: 4414 A- / A+



"Metronun inkişaf ssenariləri təhlil olunub və ən optimal ssenari simulyasiya edilərək seçilib. Diqqətinizə məruzə edilmişdir ki, 10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcəkdir. Bu 10 stansiya "Bənövşəyi xətt"in Babək prospektinə qədər və "Yaşıl xətt"in isə metronun "Həzi Aslanov" stansiyasına qədər uzadılmasıdır". 
Manevr.az xəbər verir ki, bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.
Qeyd etmək istərdim ki, "Bənövşəyi xətt"in uzadılması, eyni zamanda, metronun "Avtovağzal" və "Xocasən" stansiyalarının istifadəsini genişləndirəcək və bir daha "20 Yanvar" metrostansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır.
"Həzi Aslanov"dan "Yaşıl xətt"in uzanması isə gündəlik əsasda şəhərin mərkəzindən istifadə etməklə Xocasəndə yerləşən ticarət mərkəzinə gedib-gələn minlərlə vətəndaşa xidmət edəcəkdir. Bu da bir daha şəhər mərkəzinin trafikinin azalmasına səbəb olacaqdır. Bu layihələrin icrası nəticəsində il ərzində metro ilə daha 88 milyon sərnişin daşınması mümkün olacaqdır. Metro şəhər daxilində olan daşımaları həyata keçirəcəkdir", - A. Rzayev qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar