Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan əleyhinə fəaliyyətdə iştirak edən Qəzvin imam cüməsi istefa verdi

Tarix: 28-01-2025 11:21     Baxış: 367 A- / A+
Azərbaycan əleyhinə fəaliyyətdə iştirak edən Qəzvin imam cüməsi istefa verdi
İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin Qəzvin vilayəti üzrə nümayəndəsi və Qəzvinin imam cüməsi Əbdülkərim Abedini tutduğu vəzifədən istefa verib.
Manevr.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat verib.

Məlumata görə, Qəzvinin imam cüməsi istefa verməsi ilə əlaqədar müraciət ünvanlayıb.

O, istefa müraciətində 10 ildir imam cümə kimi fəaliyyət göstərdiyini qeyd edib. Lakin hansı səbəbdən istefa verdiyi açıqlanmayıb.
Xatırladaq ki, yanvarın 25-i İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cədəf Ağayi Məryan Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

İranlı rəsmiyə Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasınının zəruri olduğu vurğulanıb.

İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.Trend

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar