Bu gün Yer kürəsini maqnit qasırğası bürüyəcək.
Manevr.az xəbər verir ki, "Komsomolskaya Pravda" nəşrinin yazdığına görə, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəsmi saytında təqdim olunan qrafiklər göstərir.
Xəbər lenti
Bu gün Yer kürəsini maqnit qasırğası vuracaq
Təqdim olunan məlumatlara əsasən, maqnit sferasının kiçik dalğalanması yanvarın 24-də saat 15:00-da (Bakı vaxtı ilə 16:00-da) başlayıb gecəyarısına qədər davam edəcək. Saat 0:00-dan 3:00-dək (Bakı vaxtı ilə 1:00-dan 4:00-dək) maqnitosfer qırmızı zonaya qalxacaq, lakin G1 səviyyəsinə çatmayacaq (zəif qasırğa).
Saat 3:00-dan 6:00-dək (Bakı vaxtı ilə 4:00-dan 7:00-a qədər) maqnitosfer sakit vəziyyətdə olacaq, lakin saat 6:00-dan (Bakı vaxtı ilə 7:00-dan) etibarən göstəricilər, demək olar ki, G2 səviyyəsinə (orta qasırğa) qalxmağa başlayacaq. Saat 9:00-dan (Bakı vaxtı ilə 10-dan) etibarən dalğalanma səngiməyə başlayacaq, 12:00-da isə sarı zonada olacaq. Maqnit qasırğasının təxminən altı saat sonra, saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) sona çatacağı gözlənilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar