Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

Sahibə Qafarova Cahit Bağçını qəbul etdi

Tarix: 24-01-2025 18:48     Baxış: 3129 A- / A+

Sahibə Qafarova Cahit Bağçını qəbul etdi

Milli Məclisin sədri Sahibə Qafarova bu gün Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçını Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
 
Manevr.az xəbər verir ki, görüşdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
 
Spiker Sahibə Qafarova Boluda baş verən faciəvi yanğınla bağlı qardaş Türkiyə xalqına bir daha başsağlığı verib, bu faciə ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa da başsağlığı məktubu ünvanladığını, Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib. Söhbət zamanı səfir Cahit Bağçının ölkəmizdə diplomatik fəaliyyəti dövründə qardaş ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi istiqamətində səmərəli fəaliyyət göstərdiyi qeyd edilib.
 
Görüşdə Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, “Bir millət, iki dövlət” şüarına söykənən Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin iki ölkənin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdiyi, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr olmadığı vurğulanıb. Ölkələrimiz arasında müttəfiqliyin rəsmi ifadəsi olan Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğu diqqətə çatdırılıb. Əlaqələrimizin daha da genişlənməsi və dərinləşməsi istiqamətdində parlamentlərimizin də rolu qeyd edilib. Qanunverici orqanlarımızın və deputatlarımızın bütün platformalarda bir-birini dəstəklədiyi, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdikləri ifadə olunub.
 
Səfir Cahit Bağçı göstərilən diqqətə və dəstəyə görə minnətdarlığını ifadə edərək, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi üçün əlindən gələn töhfəni verməyə hazır olduğunu bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar