Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Manevr.az xəbər verir ki, Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar