Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) Binəqədi kənd ərazsində yenidənqurma və təmir işləri ilə əlaqədar yanvarın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Manevr.az xəbər verir ki, bu barədə "Azərişıq"dan bildirilib.
Məlumata görə, 110/35/6 kV-luq ETK yarımstansiyadan qidalanan 6 kV-luq Binəqədi 1, Binəqədi 2 hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar saat 10:00-dan saat 14:00-dək Binəqədi kənd və yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar