Sizin Reklam Burada
Xəbər lenti
15-01-2025
14-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ordumuzun reytinqdə bir pillə geriləməsinin SƏBƏBİ

Tarix: 15-01-2025 11:32     Baxış: 431 A- / A+

Hər yeni təqvim ilinin əvvəlində ayrı-ayrı ölkələrin hərbi insitutları və mərkəzləri müxtəlif məlumatlar və prinsiplər əsasında orduların reytinqini tərtib edirlər. Yeni reytinqdə biz bir pillə geriləmişiksə, bu, Ordumuzun zəiflədiyi mənasında gəlmir.
Manevr.az bildirir ki,  bu sözləri axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov "Global Firepower" portalının tərtib etdiyi orduların reytinqini şərh edərkən deyib.

Üzeyir Cəfərov bildirib ki, Ordumuz öz potensialına görə həm Ermənistanı, həm də Gürcüstanı, hətta bəzi aparıcı ölkələri geridə qoyur:
"Hətta indiki reytinqdə də biz Ermənistan və Gürcüstandan çox qabaqdayıq. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin imkanları tam fərqlidir. Artıq yeni, ən müasir silah-sursatlar alırıq".

Hərbi ekspert reytinq cədvəlində Ermənistan ordusunun 11 pillə irəliləməsini bu cür izah edib:
"Ermənistanın ordusu və arsınalı 44 günlük savaşda əhəmiyyətli şəkildə məhv edildi. Bundan sonra Ermənistan silahlar almağa başladı. 2024 Ermənistan üçün silah alınması məsələsində xüsusi il olub. Görünür, reytinqi tərtib edənlər bu amili əsas götürüblər. Amma bu, Ermənistan ordusunun gücləndiyi anlamına gəlmir. Ermənistan ordusu sərhəddə dayanmağa əsgər tapmır, hansı güclənmədən söhbət gedə bilər?
Onu da vurğulayım ki, hərbi insitutların tərtib etdiyi reytinqlər nisbidir. Hərbi məlumatların əksəriyyətinin məxfi xarakter daşıdığını nəzərə alsaq, mərkəz və insitutların hazırladığı cədvəllərin ordunun gücünü tam əks etdirdiyni deyə bilmərik".
Qeyd edək ki, "Global Firepower" portalının tərtib etdiyi dünyanın ən güclü ordularının reytinqində Azərbaycan Ordusu 60-cı (ötən il 59-cu idi), Türkiyə ordusu 9-cu (ötən il 8-ci idi) yeri tutub.
Ötən il 102-ci yerdə olan Ermənistan ordusu isə bu il xeyli irəliləyərək, 91-ci olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar