Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Tbilisidə etiraz aksiyaları davam edir

Tarix: 17-12-2024 22:07     Baxış: 4224 A- / A+

Tbilisidə parlament binası qarşısında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib.
Manevr.az trendə-ə istinadən xəbər verir ki, bir neçə yüz nəfər Rustaveli prospektinə toplaşaraq yolu bağlayıb. Bəzi iştirakçılar şəhərin mərkəzindən kortejlərlə parlament binasına gəliblər.
Etiraz aksiyası dinc şəraitdə davam edir və hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları görünmür. Tiflislə yanaşı, Batumi və Kutaisidə də eyni vaxtda analoji aksiyalar keçirilir.
Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları noyabrın 28-dən başlayıb. İlk həftə qarşıdurmalarla yadda qalan mitinqlərdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında gərginlik yaşanıb. Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etdiyi halda, etirazçılar pirotexniki vasitələrlə cavab veriblər.
Son günlər aksiyalar dinc xarakter alıb və hüquq-mühafizə orqanları prospektdəki növbətçiliyi dayandırıb. Mitinqlər parlament binası qarşısında hər gün davam edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar