Xəbər lenti
Həmişə gənc şəhərim - SUMQAYIT – 75

Rəna Təbəssüm
AJB və AYB-nin üzvü,
Mahmud Kaşğari mükafatçısı
Sumqayıt... Gözlərim önündə böyüyən şəhər... Xəzərin sahilində dayanıb üfüq boyunca baxıram və hüsnünə qonan gözəllikdən doymuram. Mavi gözlü dənizimizin sinəsində mirvaritək bərq vuran, qədim Coratın qoynunda par-par yanan şəhərimizin əsrarəngliyi, böyük arzularla zirvələrə qanad açan ağ göyərçini hər kəsi heyran edir, adı ilə bağlı əfsanələr maraq doğurur.
Heç kim bilmirdi ki, illər keçəcək zəhmətkeş insanların şərəfinə gənclik şəhəri adlandırılan, qabarlı fəhlə əlləri ilə bünövrəsi qoyulan yeni yaşayış məskəni möcüzələr dolu məkana çevriləcəkdir. Keçmiş sovetlər ölkəsinin hər yerindən Xəzərin sahilinə yeni şəhər salmağa, qurub yaratmağa axışan, qəlbi həyat eşqi ilə çırpınan gəncləri o zaman qağayılar, göyərçinlər, leyləklər öz nəğməsi ilə salamlayırdı. Açılan hər səhərin üfüqlərində insan qüdrətinin işartıları görünürdü...

Sumqayıtın adı çəkilən yazılara rast gələndə məlum olur ki, onun ərazisi həmişə diqqəti cəlb etmişdir. Hələ XVIII əsrin otuzuncu illərində tibb üzrə alim, etnoqraf və hərbi həkim İoann Yakov Lerx Dərbənddən Bakıya gedərkən indiki Sumqayıt ərazisindən keçib və Sumqayıt çayı sahilində evlər və qəbir daşları görübdür. “Rusiya imperiyasının yaşayış yerlərinin siyahıları”nın Bakı quberniyasından bəhs edilən cildində isə dəniz səviyyəsindən otuz bir metr aşağıda yerləşən “Sumqayıt kəndi”nin adı çəkilibdi. Deyilənlərə görə, əvvəllər bu məskən camaatın dilində “Su qayıt” adlandırılırdı. Çayqırağı kəndlərdən axan çay bu əraziyə çatanda doxsan dərəcə dönüb Xəzər dənizinə tökülür və elə bil oradan da geri qayıdırdı. Ona görə də yerli camaat bura Su Qayıtı, yəni su qayıdan yer deyibdir. Son illərdə Sumqayıt durmadan inkişaf edir. Müasir şəhərlər sırasında adı çəkilir. Dünyaya göz açdığım bu şəhərlə iyirmi yaş fərqim olsa da onu özümdən cavan bilirəm.
Mənə elə gəlir ki, bu gözəl məkana yaraşıq verən möhtəşəm tikililər, əzəmətli abidələr, geniş küçə və prospektlər, yaşıl örpəyə bürünmüş parklar, eyni zamanda, qurub-yaradan insanlara olan dövlət qayğısı, əvəzsiz məhəbbət bu şəhərin simasını daha da gözəlləşdirir, əhalisini yeniliklərə doğru ruhlandırır. Sınaqlardan üzüağ çıxan, yeniləşən doğma şəhərim – əzəmətli Sumqayıt, yubileyin mübarək!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar