Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Ətraf mühit naminə dayanıqlı inkişaf" adlı gənc müəllimlərin yaşıl dünya konfransı keçirilib - ŞƏKİLLƏR

Tarix: 07-05-2024 15:16     Baxış: 3209 A- / A+
 Şamaxı şəhəri 2 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbir keçirilib.
Tədbirə qatılan Milli Məclisin üzvü Müşfiq Məmmədli Manevr.az-a açıqlamasında bildirdi ki, 300-ə yaxın müəllimin iştirakı ilə keçirilən konfrans öz işinə Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
 
Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Belə ki, ilk olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev çıxış edərək gənc müəllimlərimizin bu cür vacib mövzuda maarifləndirilmələsinin vacib olduğunu vurğulayıb. Daha sonra Milli Məclisin Elm və Təhsil komitəsinin üzvləri Müşfiq Məmmədli, Tamam Cəfərova və AGMA-nın sədri Səkinə Həsənova çıxış edərək bu cür təşəbbüslərin əhəmiyyətinə diqqət çəkiblər.
 
Tədbirin rəsmi hissəsi yelunlaşdıqdan sonra müxtəlif istiqamətlər üzrə təlimlər keçirilib və bununla da konfrans öz işini yekunlaşdırıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdlərə bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etməkdir.
 
Natəvan Qocayeva
Manevr.az















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar