Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi prokuror: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi dövlətimizin başçısının daim diqqətindədir

Tarix: 18-09-2023 18:56     Baxış: 4278 A- / A+
Hərbi prokuror: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi dövlətimizin başçısının daim diqqətindədir
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiaları qaldırıb, bu məqsədə nail olmaq üçün Birləşmiş Millətlər Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş ümumbəşəri dəyərləri özündə ehtiva edən humanitar hüququn norma və prinsiplərini kobud surətdə pozub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsir düşmüş hərbi qulluqçularına və beynəlxalq humanitar hüquqla müdafiə olunan döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən girov götürülmüş mülki şəxslərə qarşı olduqca qəddar və qeyri-insani rəftar edib, ağır işgəncələrə məruz qoyub, on minlərlə azərbaycanlının həyat və sağlamlığına qəsd edib, həmçinin 3890 nəfərin taleyi barədə bu günədək heç bir məlumat verməyib.
Manevr.az xəbər verir ki, bunu hərbi prokuror Xanlar Vəliyev "İtkin düşmüş şəxslərlə bağlı mövcud beynəlxalq çərçivə və silahlı münaqişə tərəfləri olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi vasitələri" mövzusunda panel iclasında bildirib.
Qeyd edib ki, Vətən müharibəsinin nəticəsi olaraq zəbt olunmuş ərazilərimiz işğaldan azad edildikdən sonra itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub, onun bilavasitə tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesi daha intensiv xarakter alıb. “Bununla əlaqədar itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı istiqamətində zəruri addımlar atılıb, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarla bağlı Baş Prokurorluq tərəfindən soyqırımı, deportasiya, əsirlərə və girov götürülmüş şəxslərə işgəncəvermə, qəsdən adamöldürmə və sair maddələrlə çoxsaylı cinayət işi açılıb”, - deyə hərbi prokuror vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar