Xəbər lenti
Mart hadisələri azərbaycanlılara qarşı təşkil edilmiş soyqırım aktıdır
Tarixin müxtəlif dönəmlərində xalqımıza qarşı törədilmiş faciələr heç vaxt unudulmayıb. Belə faciələrdən biri də 1918-ci ilin martında baş vermiş soyqırım hadisəsidir.
Bu hadisənin təşkilatçıları Bakı Soveti və Daşnaksütyun partiyası olsa da onun icraçıları ermənilər olmuşdur. Novruz bayramı günlərində və ondan sonrakı ərəfədə Bakıda və respublikamızın digər bölgələrində azərbaycanlılara qarşı kütləvi hücumlar təşkil edən ermənilər günahsız insanları öldürməklə soyqırım təşkil etmişlər. Bu bir xalqın yer üzündən silinməsinə yönəlmiş kütləvi terror aktıdır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə törədilmiş soyqırımlar nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin üzərində zorakılıqlar aşkar edilmişdir.” Ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Bu hadisələrin dəhşətini göz önünə gətirmək üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarına nəzər salmaq kifayyətdir. Həmin materiallarda deyilir: 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilmişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Xalqımıza qarşı törədilmiş bu kütləvi soyqırım hadisəsi uzun müddət ört-basdır edilmiş, unutdurulmağa çalışılmışdır. Hadisəyə ilk dəfə hüquqi və siyasi qiymət Heydər Əliyevin hakimiyyətə qayıdışı dövründə verilmişdir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında“ 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırım aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatların genişləndirilməsi, həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan vermişdir. Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı terror hadisəsini soyqırım hadisəsi kimi qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Ermənilərin xalqımıza qarşı təcavüzkar və aqressiv fəaliyyətləri bu gün də davam etməkdədir. Lakin tarixi proseslərin gedişi Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasətinin iflasa məhkum olduğunu göstərir. Bu aqressiv siyasətə qarşı geniş iqtisadi potensiala malik olan qüdrətli Azərbaycan dövləti, onun beynəlxalq aləmdə getdikcə artan siyasi nüfuzu, dünya azərbaycanlılarının və ölkəmizin dostlarının gündən-günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü Azərbaycan ordusu dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm və məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dağıtmağa uğurla müvəffəq olur. İkili standartlara və ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında həqiqəti daha tez-tez etiraf etməli olur. Soyqırım qurbanlarının xatirəsini anma tədbirləri bütün dünyada getdikcə daha geniş xarakter alır və ciddi əks-səda doğurur.
Səkinə Baxışzadə
YAP Kəlbəcər rayon Təşkilatının məsləhətçisi.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar