Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qorbaçov Bakıya niyə hücum etdi? - Şok detallar

Tarix: 20-01-2023 10:26     Baxış: 4191 A- / A+
"20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq tarixinin səhifələrindən biridir. Bu, bizim şərəf və qürur tariximizdir. 20 Yanvar xalqımızın uzun illər apardığı azadlıq mübarizəsinin ən yüksək nöqtəsi hesab olunmalıdır".
Manevr.az xəbər verir ki, bu sözləri publika.az-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
O bildirib ki, 20 Yanvar hadisələrinə gələn yol 1920-ci ilin aprel ayında bolşeviklər tərəfindən müstəqil Azərbaycan dövlətinin süquta uğradılmasından sonra başlanan yolun davamı idi:
"Biz istiqlaliyyət və müstəqilliyimiz uğrunda çox sayda qurbanlar vermişik. Bu qurbanların sayı durmadan artıb. Ötən əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq sovet ittifaqında geniş miqyas alan böhran belə bir imperiyanın çökməsini zəruri etmişdi. Sosial-iqtisadi, hərbi-siyasi böhran nəticə etibarilə milli respublikalarda həm də milli azadlıq hərəkatının başlanmasına zəmin yaradırdı. Yaranmış olan situasiyadan istifadə edən ermənilər Mixail Qorbaçov və onun ətrafını ələ alaraq, Azərbaycanın tarixi torpaqlarının yenidən işğal etmək, öz ərazilərinə birləşdirmək üçün açıq şəkildə hərəkətə keçdilər. Nə qədər ki, Ulu Öndər Heydər Əliyev Moskvada siyasi hakimiyyətdə idi, nüfuzu və atmış olduğu addımlar Ermənistanı bu cür cəsarətli hərəkətlər etməyə imkan vermirdi".

Həmin dövrün siyasi mənzərəsindən bəhs edən Fəzail Ağamalı xatırladıb ki, 1987-ci ilin noyabrında Qorbaçov və onun ətrafında olan ermənilərin təsiri, ən müxtəlif təzyiqləri ilə Heydər Əliyev hakimiyyətdən getdikdən sonra ermənilər dərhal Azərbaycan torpaqlarını işğal etmək üçün aktiv fəaliyyətə başladılar:
"1987-ci ilin noyabrında erməni əsilli Abel Aqanbekyan Fransada dərc etmiş olduğu məqalələrinin birində Dağlıq Qarabağın heç bir zaman Azərbaycanın tərkib hissəsi olmadığını, əksinə bu torpağın Ermənistanla sosial, iqtisadi, siyasi və mənəvi birliyinin mövcudluğu haqqında uydurma iddialarla çıxış etdi. Zəmin hazırlanırdı. Qorbaçovu inandırırdılar ki, Qarabağı alıb Ermənistanla birləşdirmək olar. Belə bir vəziyyətdə Xankəndində 1988-ci ilin yanvar ayından başlayaraq Ermənistana birləşmək devizi altında mitinqlər keçirildi. Bu mitinqlər ardıcıl xarakter daşıyırdı, hətta onlar Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsinin sessiyasını keçirərək Qarabağı Ermənistana birləşdirmək haqqında qərar qəbul etdilər.
Belə bir ağır durumda o zamankı Azərbaycan rəhbərliyi Moskvadan təlimatlar gözləyirdi. Hansı addımları atacaqlarını bilmirdilər və öz neytral münasibətlərini ortaya qoyurdular. Xalq isə Ermənistanın və ermənilərin bu separatist hərəkətlərinə və Azərbaycanın ərazisini işğal etmələrinə biganə deyildi. Ən müxtəlif şəkildə Azərbaycanda etirazlar başladı. Bu etirazlar 1988-ci ilin fevralında kiçik bir mitinqlə başladı və bununla da yekunlaşdı. Daha sonra 88-ci ilin mayında Qorbaçovu tərifləyən, Əbdürrəhman Vəzirovu alqışlayan mitinq Azadlıq meydanında keçirildi. Burada, əslində Azərbaycanın taleyüklü məsələləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilmədi, buna imkan verilmədi.
Vəziyyəti belə görən xalq öz potensialına güvənərək 1988-ci ilin noyabrın 17-də Azadlıq meydanına gəldi, dekabrın 5-nə qədər öz etirazını kəskin şəkildə ortaya qoydu. Fasiləsiz mitinq? əslində Xankəndində erməni separatizminə, Şuşanın yaxınlığındakı Topxana meşəsinin ermənilər tərəfindən məhv edilməsinə qarşı çevrildi və qısa zaman kəsiyində meydanda Azərbaycanın istiqlaliyyəti və müstəqilliyi ilə bağlı şüarlar səsləndirildi. Mitinqdən iki gün sonra üçrəngli bayrağımız Azadlıq meydanında qaldırıldı. Beləliklə, artıq 18 günlük o fasiləsiz mitinq Azərbaycanda gedən milli azadlıq mübarizəsinin təməl daşına çevrildi. Sonrakı proseslərin fövqəladə vəziyyətlə qarşısı alınmağa cəhd göstərilsə də, fasilələrlə də olsa bu mitinqlər davam etdi. Xüsusi olaraq 1989-cu ilin iyunundan başlamış olan azadlıq hərəkatı qarşısıalınmaz prosesə çevrildi və 1990-cı ilin Yanvar hadisələri ilə sonuçlandı".
Deputat hesab edir ki, 20 Yanvar faciəsi Azərbaycanda 1988-ci ildən başlayan xalq hərəkatını yeni bir mərhələyə qaldırdı:
"Bu, milli azadlıq mübaribəsi idi. Xüsusi olaraq Ulu Öndər Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı Moskvada öz ailəsi ilə birlikdə Qorbaçovu və Kremli kəskin şəkildə ittiham etməsi, onun hərkətlərini ifşa etməsi, bunu xalqa qarşı təcavüz kimi qiymətləndirməsi görünməmiş bir cəsarət idi. Heydər Əliyevin bu çıxışı Azadlıq Radiosu vasitəsilə yayımlandı. Azərbaycan xalqı bir daha gördü ki, yerli satqın Vəzirov və hakimiyyət uğrunda mübarizə aparan, qan üstündə hakimiyyətə gəlməyə çalışan Ayaz Mütəllibov kimilərindən fərqli olaraq, Heydər Əliyev xalqla bərabərdir. Bundan sonra artıq milli azadlıq hərəkatı geniş xarakter aldı, 20 Yanvar hadisələri bir tərəfdən xalqımızın göz yaşları ilə müşaiyət olundu, digər tərəfdən azadlığa gedən yolu dönməz etdi. Azadlıq yolunda, ərazi bütövlüyümüz uğrunda ilk şəhidlərimizi verdik. 131 nəfər şəhid oldu, çox sayda yaralılarımız var idi. Azərbaycan başlamış olduğu ümumxalq mübarizəsini milli azadlıq hərəkatına çevirərək SSRİ-nin çökməsində son dərəcə mühüm rol oynadı. Bu, bizim şanlı tariximizdir, qürur duyacağımız tarixdir. Azadlığa gedən yolda verilən qurbanlarımızın müqəddəs ruhunun yad edildiyi gündür".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar