Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Saxta diplomlu min müəllim: məsuliyyəti kim daşımalıdır?

Tarix: 17-03-2017 10:17     Baxış: 4940 A- / A+
Saxta diplomlu min müəllim:


Aşkarlanan saxta diplomlara görə işəgötürənlərin də məsuliyyəti olmalıdır.

Manevr.az-ın xəbərinə görə, bunu Şərq.az-a 1000-dən çox müəllimin təhsil sənədinin saxta olmasına münasibət bildirərkən fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

O diqqətə çatdırıb ki, bu saxta diplomların indiyə qədər niyə üzə çıxarılmadığını hüquq-mühafizə orqanlarından soruşmaq lazımdır:

"Mətbuat həmişə bu haqda yazır, aidiyyatı orqanlar niyə araşdırmır? İndiyə qədər gizli qalan bu qədər saxta diplom niyə üzə çıxarılmayıb? Hər dəfə yoxlamalar aparıldıqda yenidən problemlər, saxtakarlıq üzə çıxır. Yoxlamamış necə bilmək olar ki, saxta diplomlar var? Saxtakarlıq olduğu təqdirdə həmin şəxsin niyə işdə saxlandığını işə götürəndən soruşmaq lazımdır. Bu, elə bir sualdır ki, heç kim cavabını bilmir. Yoxladılar, məsələn, ötən il 500, bu il də artıq 1000 saxta diplomlu müəllim aşkarlandı, daha da araşdırılarsa, bu rəqəm artacaq. Belə çıxır ki, kifayət qədər dolaşıq dövr yaşamışıq. Belə ifadə etsək, "xəstə” diplomlarla sağlam işə adam götürmüşük”.

Qeyd edək ki, 2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb.

2016-cı ilin sonunda isə respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar