Xəbər lenti
"Allah mənə o qədər ömür versin ki..." -Lütfi Zadə
ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanli alim, professor Lütfi Ə.Zadənin 96 yaşı tamam olub. Bu goğum günündə də yaxınları onu tək qoymayıblar.
Manevr.az bildirir ki, AzTU-nun texnika elmləri doktoru, Lütfi Ə.Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti Şahnaz N.Şahbazovanın oxu.az-a verdiyi məlumata görə, professorun doğum gününü onun evində qeyd ediblər.
"Mən ona möhkəm cansağlığı, uzun omür və aktiv elmi fəaliyyət arzulayıram. O, bir dəfə mənə müsahibəsində demişdi: "Allah mənə o qədər ömür versin ki, mən bütün ideyalarımı, yeniliklərimi və elmi fikirlərimi həyata keçirə bilim". Mən onun arzusuna qoşuluram. Onu da deyim ki, mən indi Zadənin yanında, Amerikadayam. O indi də elmi fəaliyyətdə aktivdir, yenə elmi məqalələr, qrantlar üzərində işləyir. Bir daha onu ad günü münasibətilə təbrik edir, ona elmi yeniliklərini, elmi istiqamətlərini həyata keçitmək üçün cansağlığı və uzun ömür arzulayıram".
Şahnaz N.Şahbazova qeyd edib ki, bu günlərdə - 1 fevral 2017-ci ildə BİSC qrupun elmi seminarında professor L.Zadə iştirak edib və o, digər nisbətən cavan alimlərdən də çox aktiv olub. 2 saatlıq seminarda professor Zadə çıxış da edib.
Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar