Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Qafqaz"ın 700 bal toplayan tələbələri hara köçürüləcək?

Tarix: 26-01-2017 21:01     Baxış: 2517 A- / A+
"Qafqaz"ın 700 bal toplayan tələbələri hara köçürüləcək?



Fəaliyyəti dayandırılan "Qafqaz" Universitetinin tələbələrinin Odlar Yurdu universitetinə köçürülməsi haqda məlumat yayılıb. İddia edilir ki, yüksək balla universitetə qəbul olan tələbələr əsasən Odlar Yurdu universitetinə köçürüləcəklər.

Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev açıqlamasında iddiaların yalnış olduğunu deyib. O, qeyd edib ki, tələbələrin Odlar Yurdu universitetinə köçürülməsi barədə onlara rəsmi məlumat daxil olmayıb.
.
Tələbələrin köçürülməsi ilə bağlı Təhsil Nazirliyində yaradılan İşçi qrupunun rəhbəri, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev azvision.az-a bildirib ki, bu məsələyə həfətsonu baxılacaq.

Onun sözlərinə görə, İşçi qrupu bu istiqamətdə iş görür: “Əgər yerləşdirmə həyata keçirilsə, "Qafqaz" Universitetinin tələbələri daha üstün, daha yüksək statuslu universitetlərə yerləşdiriləcək. Həmçinin müəllimlər də işlə təmin olunacaq”.

Y. Piriyev bildirilib ki, universitetdə təhsil haqlarından azad olunanlar köçürüləcəkləri ali təhsil müəssisələrində də ödənişsiz oxuyacaqlar.

Nazirlik rəsmisi əlavə edib ki, 700 bal toplayaraq "Qafqaz" Universitetinə daxil olan tələbələr oxumaq istədikləri universitetləri özləri seçəcəklər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar