Xəbər lenti
Günəş haqqında gerçək bilinən yalanlar
Günəş bir alov topu deyil
Günəş parıldayır ancaq yanmaz. Sıravi bir insan üçün bu ayrı-seçkilik əhəmiyyətsiz görünə bilər ancaq fizika üçün yanma ilə parıldama tam fərqli hadisələrdir. Günəşin istilik mənbəyi kimyəvi bir reaksiya olan yanma reaksiyası deyil, fiziki bir reaksiya olan nüvə reaksiyasıdır.
Günəşin rəngi sarı deyil
Bir şəxsdən Günəşin rəsmini çəkməsini istədiyiniz zaman dərhal əlinə sarı boyalar götürəcək. Bu son dərəcə normal görünür elə deyil? Nəticədə Günəşə baxdığımız zaman onu sarı görürük. Ancaq Günəşin rəngi sarı deyil. Eynilə səmanın orijinal rənginin mavi olmadığı kimi. Buna səbəb olan şey, atmosferimizdir. Günəşin rəngini təsbit etmək üçün ona baxmaq, yaxşı bir üsul deyil. Elm insanları rəngi təsbit etmək üçün cismin istiliyinə baxırlar çünki istilik ilə rəng əlaqəlidir (bir metalın qızdırıldıqda tünd rənginin gedərək açıldığını, qızardığını və nəhayət ağ olduğunu görmüsünüz). Ulduzların rəng şkalasında ən soyuq tərəfdə qəhvəyi və qırmızı rəngli ulduzlar yer alır. Bunların istiliyi artdıqca, rəngləri də dəyişır. Şkalanın digər ucunda 10.000 kelvinlik səth istiliyi ilə mavi ulduzlar yer alır. Günəşimiz, 6.000 kelvin ətrafındakı ortalama bir istilik ilə şkalanın ortalarında yer alır və rəngi ağdır.
Dünya Günəşə yayda daha yaxın olmur
Əgər üzərində çox düşünməsəniz, bu məntiqli gəlir. Həddindən artıq yüksək istiliyə sahib ulduzumuza nə qədər yaxınıqsa, istilik də o qədər yüksək olmalıdır elə deyilmi? Xeyr, bu doğru deyil. Planetimiz üzərində mövsümləri meydana gətirən şey, Günəşə olan məsafəmiz deyil, planet oxunun əyriliyidir. Bu oxun Günəşə doğru dönən yarım kürəsində yay, digər tərəfində qış yaşanır. Digər tərəfdən bu sizi aldatmasın: Dünya, həqiqətən də bəzən Günəşə yaxınlaşır, bəzən isə uzaqlaşır. Bunun səbəbi, digər bir çox planetlər kimi ellipsis bir orbitimizin olmasıdır. Bundan əlavə, planetimiz orbiti üzərində Ayın cazibə qüvvəsi səbəbiylə get gəl edir. Bu da, sanki kiçik ziqzaqlar çəkərək irəlləməyimizə səbəb olur. Hər nə qədər tez-tez Dünyanın Günəşə olan uzaqlığı 150 milyon kilometr olaraq verilsə də, bu bir yuvarlaq rəqəmdi. Əslində isə Dünyanın orbiti, Günəşə 147 milyon kilometr qalacaq qədər yaxınlaşa bildiyi kimi, aradakı məsafə 152 milyon kilometr olacaq qədər də uzaqlaşa bilir. Yəni planetimizin Günəşdən məsafəsi orbitindəki hərəkəti ərzində elə bir neçə metr deyil, təxminən 5 milyon kilometr dəyişir.
Taryel Abdullayev
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar